“İçəri Şəhər” bədii filminin çəkilişləri yekunlaşıb FOTOLAR

“İçəri Şəhər” bədii filminin çəkilişləri yekunlaşıb FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "İçəri Şəhər" tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırırlar. Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə