Xəbər verdiyimiz kimi, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə ilin yekunlarına həsr edilən mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, nazir jurnalistlərə açıqlamasında Şahdağ Qış-Yay Turizm Kompleksində, Şəkidə, Gəncədə, Qəbələdə və Lənkəranda yerləşən hotellərdə bütün yerlərin tutulduğunu söyləyib: "Bu gündən yanvar ayının 15-ə qədər bütün yerlər 100% dolub. Hotellərdə boş yerlər qalmayıb. İstirahətini Azərbaycandan kənarda keçirənlərlə yanaşı, öz vətənində gözəl istirahət edənlər də var. İnsanlar azaddır. Kim hansı ölkədə istirahətə getmək istəyirsə, ora gedir. Bu təbii ki, onların maddi durumları ilə bağlıdır. İmkanı olan hər kəs istədiyi ölkədə yeni ili qarşılaya bilər. Təbii ki, xaricə axının qarşısını ala bilmərik. Bu il Azərbaycanda ölkədaxili turizm 21% artıb. Hesab edirəm ki, bu yaxşı göstəricidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB