“Günay” “Arşın mal alan”ı təqdim edib

“Günay” “Arşın mal alan”ı təqdim edib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən "Günay" Uşaq Teatrı dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasını təqdim edib. SİA-nın verdiyi məlumata görə, əlvan səhnə tərtibatı, dinamik oyun tərzi və yüksək əhval-ruhiyyəsi ilə dinləyicilərin könlünü oxşayan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı teatrın bədii rəhbəri Larisa Tarusovaya, rəqslərin quruluşu isə Günəş Talıblıya məxsusdur.

Qeyd edək ki, alqışlarla qarşılanan tamaşada teatrın aparıcı aktyorları rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə