Şəhər kütləvi kitabxanasında tədbir keçirilib

Şəhər kütləvi kitabxanasında tədbir keçirilib

M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında "Dünya azərbaycanlılarının Həmrəyliyi günü" və "Yeni il bayramı" na həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk öncə kitabxananın rəsm kursunun tələbələrinin əl işləri sərgiləndi və iştirakçılar fəxri fərmanla təltif olunublar.

Daha sonra kitabxananın nağara, qarmon, rəqs kurslarının şagirdləri müxtəlif musiqi nümunələri ilə çıxış ediblər.

Şaxta Baba və Qar qız əyləncəli oyunlar təşkil etməklə kitabxananın uşaq şöbəsinin azyaşlı oxucularını sevindirib.

Bütün xəbərlər Facebook səhifəmizdə