Fikrət Əmirovun baleti Smolenskdə göstəriləcək

Fikrət Əmirovun baleti Smolenskdə göstəriləcək

Yanvarın 15-də A.S.Qriboyedov adına Smolensk Dövlət Dram Teatrında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən biri olan Fikrət Əmirovun "Min bir gecə" baleti göstəriləcək. SİA-nın verdiyi məlumata görə, baletin xoreoqrafik quruluşu Belarus və Azərbaycan sənətkarlarının əməkdaşlığının nəticəsidir. Bu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Minsk Musiqi Teatrının ikinci birgə layihəsidir.

"Min bir gecə" baletinin quruluşçu-baletmeysteri Azərbaycanın xalq artisti Mədinə Əliyevadır. Tamaşa üçün kostyumlar və dekorasiyalar Azərbaycan rəssamı İnarə Aslanovanın eskizləri əsasında hazırlanıb. Smolensk mətbuatı yazır: "Quruluşçu-dirijor Eyyub Quliyevin fikrincə, "Min bir gecə" sözün tam mənasında yeni xoreoqrafiyanın ən möhtəşəm premyerasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə