Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi artıq başa çatmaqda olan 2014-cü ilin yekunları ilə bağlı kollegiya iclası keçirib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev il ərzində ölkədə baş verən ən mühüm mədəniyyət hadisələri haqqında danışaraq bütün mədəniyyət xadimlərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2015 – Yeni İl Bayramı münasibətilə təbrik edib. Sonra bir sıra mədəniyyət xadimlərinə mükafatlar və fəxri fərmanlar təqdim olunub. Təltif olunanlardan biri də Azərbaycan Dövlət Musiqili Teatrının xor artisti Aybəniz Bağırova olub. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, Fəxri mükafatları şəxsən nazir Əbülfəs Qarayev təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB