Kamil Nəcəfzadənin xatirəsi yad edilib

Kamil Nəcəfzadənin xatirəsi yad edilib

Bu gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov başda olmaqla kinostudiyanın kollektivi müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı Kamil Nəcəfzadənin xatirəsini yad edib, məzarı üstünə əklil qoyub. SİA-nın verdiyi məlumata görə, Kamil Nəcəfzadə 1955-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb. "Ulduz", "Ad günü", "Mən ki, gözəl deyildim", "Bir cənub şəhərində", "Bir məhəlləli iki oğlan", "Atları yəhərləyin", ümumiyyətlə, 40-a yaxın bədii, filmin ərsəyə gəlməsində əməyi olmuşdur.

Kamil Nəcəfzadə müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olmuş, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirib.

Yaradıcılığı həmişə yüksək qiymətləndirilən sənətkar iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adını almış, "Şöhrət" ordeninə layiq görülmüşdür. Kamil Nəcəfzadə müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olmuş, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə