1. Marşrutlar
Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə etməklə zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Nazirliyin müvafiq qərarı ilə təsdiq edilmiş 7 əsas turizm marşrutlarının (Bakı-Səlyan-Masallı-Lənkəran, Bakı-Göyçay-Mingəçevir-Gəncə-Şəmkir-Tovuz-Ağstafa-Qazax, Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala-Balakən, Abşeron yarımadası-Bakı-Qobustan, Bakı-Şabran-Quba-Qusar-Xaçmaz, Bakı-Naxçıvan, Bakı-Şuşa) inkişaf planına dair layihənin hazırlanmasına başlanılmışdır. Belə layihələrin hazırlanmasında məqsəd regionlarımızın bütün istiqamətləri üzrə xidmət səviyyəsinin yaxşilaşdırılması, məlumatlandırma sisteminin təkmilləşdirilməsi, regionlarda turizm gecələmələrinin sayının artırılması və mövsümlük problemlərinin aradan qaldırılmasını təmin etməkdir.
2. Qış turizmi
Belə layihələrdən biri də ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm kompleksləri yaradılmışdır.
"Şahdağ" Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə "Şahdağ" Milli Parkının yaxınlığında, "Tufan Dağ" Xizək Yay-Qış İstirahət Kompleksi isə Qəbələdən 5 km. məsafədə yerləşir. Azərbaycanda və ümumiyyətlə dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ Turizm Mərkəzi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır.
2013-cü ilin yanvar ayından fəaliyyətə başlayan Şahdağ Turizm Mərkəzi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti cənab İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində 20 dekabr 2012-ci il tarixində Şahdağ Turizm Mərkəzinə daxil olan "Zirvə" otelinin, 2013-cü ildə isə "Shahdag Hotel&Spa" və "Pik Palace" otellərinin açılışında iştirak etmişdir.
"Şahdağ"ın fəaliyyətə başladığı gündən etibarən təxminən iki yüz minə yaxın yerli və əcnəbi turist kompleksin xidmətlərindən istifadə etmişdir.
Bildiyiniz kimi, bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə qış turizmdən (xizək, snovbord və.s) istifadə etmək üçün digər ölkələrə üz tuturdular. Lakin, artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir.
Qəbələ rayonunda 2014-cü bu ilin yanvar ayında açılışı olan "Tufan Dağ" Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tuturlar. Hər iki komplekslərin yaradılması göstərir ki, Azərbaycanda turizmin inkişafına dövlətin dəstəyi var və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir.
3. Regionlarda festivallar
Bununla yanaşı rayonlarda regionun cəlbediciliyini artırmaq üçün hər il müxtəlif festivallar keçirilir. Qəbələ rayonunda cari ilin 24 avqust tarixində II Qəbələ Mürəbbə Festivalı keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festival şəhərdəki "Qafqaz Karvansaray" mehmanxanasında keçirilmiş və qonaqların böyük marağına səbəb olmuşdur.
Ötən il bu festivalda 8 rayondan, bu il isə 21 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir.
Bundan əlavə, Qəbələnin ictimai-siyasi həyatının əlamətdar hadisələrlə çox zəngindir. Qəbələ 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı, 2014-cü ildə Azərbaycanın əfsanələr paytaxtı elan olmuşdur. Həmçinin, Qəbələdə hər il beynəlxalq musiqi festivalları keçirilir.
Özünə məxsus füsunkar təbiəti olan Göyçayda ənənəvi 9-cu nar bayramı keçirilmişdir. Bayram şənliyində nar meyvəsinin mədəni-iqtisadi potensialının rəmzinə çevrilən çoxsaylı zəngin sərgilər, kompozisiyalar, folklor numunələri nümayiş etdirilib.
Cari ilin 30 sentyabr 01 oktyabr tarixlərində Gəncə şəhərində III Beynəlxalq Şərab Festivalı keçirilmişdir. İtaliya, Fransa, Gürcüstan və Moldovadan olan şərab istehsalçıları, şərabçılıq ittifaqları və assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi festivalda müxtəlif ölkələrin şərabları nümayiş olunmuşdur.
Festival zamanı Gəncənin tarixi-memarlıq abidələrinin və digər görməli yerlərinin tanıdılması məqsədilə festivala gələn qonaqlar üçün ekskursiyalar təşkil edilmişdir. Festivalda həm gələn qonaqlar, həm də yerli əhali tərəfindən şərab məhsullarının dequstasiyası aparılmış və onlara milli mətbəx nümunələri nümayiş etdirilmişdir.
Cari ilin 12-16 iyun tarixlərində Masallı rayonunda III Beynəlxalq Folklor Festivalı keçirilmişdir.
Əvvəlki illərdən fərqli olaraq bu il keçirilən Beynəlxalq Folklor Festivalında Respublikanın Astara, Ağcabədi, Balakən rayonlarından da folkor kollektivləri ilə yanaşı Rusiya, Türkiyə İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvanın folklor kollektivləri də iştirak etmişlər.
Festivala gələn qonaqlara Masallı mətbəxinin ləziz yeməkləri, şirniyyatları təklif olunmuşdur, eləcə də turizm obyektləri, tarix və mədəniyyət abidləri ilə də yaxından tanış olmuşdular.
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilmiş, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiqli yer tutmuşdur.
Cari ilin 10-18 noyabr tarixlərində Bakı şəhərində II Beynəlxalq Aşıq Festivalı keçirilmişdir.
Festivalda Azərbaycan aşıqları ilə birlikdə Türkiyə, İran, Gürcüstan (Borçalı), Rusiya (Dağıstan), Qazaxıstan, Türkmənistan, Özbəkistan aşıq və ozanları iştirak etmişlər.
Festival çərçivəsində aşıqların məkanı olan Qazaxda, Gədəbəydə və Tovuzda müxtəlif aidiyyəti tədbirlər keçirilmişdir. Bu tədbirlərin mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilməsi gündən-günə inkişaf edən və gözəlləşən doğma diyarımızın bütün dünyada tanıdılmasında böyük rolu vardır.
Qeyd etmək lazımdır ki, son illər ölkəmizin müxtəlif bölgələrində keçirilən festivallar bölgələrə turist axınının artmasına və mövsümiliyin aradan qaldırılmasına şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB