“Bu günün və sabahın sülh carçıları”

“Bu günün və sabahın sülh carçıları”

"Bu gün bəşəriyyət –insanlar arasında sülhün bərqərar olması üçün axtarışdadır. Bəşəriyyət yaranandan bəri bu istəkdə olub. Artıq həmin arzu zəruriyətə çevrilib". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Parlament Mərkəzinin sədri Toğrul Baxışlı söyləyib: "Həmin günün vaxtı çatıb və insan – "İnsan" adına layiq cəmiyyətdə yaşamalıdır. Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoq sahəsində ardıcıl təşəbbüsləri beynəlxalq aləmdə layiqli rezonans doğurub. Bu gün çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılmasıdır. "Beynəlxalq İdeal Sülhün Təbliği Fondu" dünyada ideal sülhün bərqərar olması üçün bütün potensialını səfərbər etmiş insanların könüllü birliyidir. Gələcək nəsillərin sülhsevərlik, qardaşlıq, barış hisslərinin qucağında böyüməsi naminə Fondun nəzdində milliyətindən, inancından asılı olmayaraq 10-15 yaşlı uşaqlardan ibarət "Beynəlxalq Parlament Mərkəzi" yaratmışıq və dünya ölkələrində bu Mərkəzin nümayəndəliklərini yaratmağı düşünürük. Fond insanları birliyə, sülhə çağıran, bir-birilərinə qarşı xoşgörülüklə və səmimiyyətlə davranmalarını təbliğ edən yeni Sülh Modeli barədə "İnsan!!!???...X" adlı üz hissəli sənədli film çəkib. Təməlini sevgi, divarlarını sədaqət, pəncərələrini xoş niyyət, qapılarını hörmət, damını etibar ilə hörəcəyimiz bir dünya qurmağa çalışmaq ən böyük əqidəmizdir. Bəşəriyyətin faciəsi cahillikdir. Zəkamız, insanlara və həyata sevgimiz bizim silahımızdır. Müasir dövrün ən böyük bəlalarından biri olan terrora və müharibəyə qarşı çıxan qüvvələrin öndə gedənlərindən biriyik. Bunun üçün "Beynəlxalq Parlament Mərkəzi"nin Türk Dünyasının Ulu Öndərləri Atatürk və Heydər Əliyev əxlaqında böyüyən sülhsevər lider uşaqlardan ibarət nümayəndələrinin, Azərbaycan həqiqətlərini dünya dövlət başçıları ilə görüşüb çatdırmaq məramıyla, "Bu günün və sabahın sülh carçıları" adlı layihə hazırlanıb və Fondun "Qalib Sultanlarının Himni" adlı reklam filmi çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə