Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında klassik musiqi ifaçılarının qala-konserti olub. SİA-nın verdiyi məlumata görə, konsertdə BMA-nın Opera studiyasının solistləri, xoru və orkestri iştirak ediblər.
Bədii rəhbər və baş dirijor Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Fəxrəddin Kərimov, baş xormeyster Azərbaycanın xalq artisti, professor Gülbacı İmanovadır.
Konsertdə xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Aytac Şıxəlizadə, Adil Axundov, Anton Ferştandt və başqaları çıxış ediblər.
Qeyd edək ki, tamaşaçılara dünya opera repertuarından əsərlər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB