Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Xətai" İncəsənət Mərkəzində gənc rəssamların "Yeni simalar" adlı sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev tədbiri açaraq bildirib ki, bu sərgi gənc rəssamların yaradıcılıq yolunda atılan ilk böyük və uğurlu addımdır. O vurğulayıb ki, Azərbaycanda gənc istedadların potensiallarının üzə çıxması üçün hər cür imkan var.
Ekspozisiyada Nərmin Abdullayeva, Novruz Məmmədov, Tahirə Allahverdiyeva, Raul Hüseynov, Cəlal Ağayev, Xanlar Əsədullayev, Nurlan Məmmədov, Kənan Əliyev, Əhəd Məmmədov və başqalarının heykəltəraşlıq və rəsm əsərləri təqdim olunub.
Qeyd edək ki, sərgi dekabrın 26-a qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB