MTN monitorinqlər həyata keçirir

Turizm şirkətləri və mehmanxanalarda turistlərə göstərilən xidmət səviyyəsinin, maddi-texniki bazasının yoxlanılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, il ərzində Bakı şəhərində fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin respublikamızın regionlarında fəaliyyət göstərən 131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib.

Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı və digər sahələr yoxlanılıb.

Turizm şirkətlərində isə şirkət tərəfindən bağladığı müqavilələr, işçilərin bilik bacarıqları və iş təcrübələri, göstərdikləri xidmətlər və s. yoxlanılıb.

Monitorinqlər zamanı Nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilmiş, ciddi nöqsan aşkar edilmiş obyektlərə qarşı mövcud çatışmazlıqların aradan qaldırılması ilə üçün müvafiq qaydada xəbərdarlıq edilib.

Nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilmiş turizm obyektlərinə təkrar baxışlar keçirildikdən sonra nöqsanları aradan qaldırmayan obyektlərə qarşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə