Finlandiya Azərbaycan Assosiasiyası (FAA) Helsinkidə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bayram tədbirində Helsinkidə və Finlandiyanın digər şəhərlərində yaşayan soydaşlarımız iştirak edib. Assosiasiyanın sədri Vasif Muradlı qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edərək, 31 dekabrın dünya azərbaycanlıları üçün çox önəmli gün olduğunu bildirib.
Finlandiya Azərbaycanlı Qadınlar cəmiyyətinin sədri Arzu Oqtay tədbirdə çıxış edərək, əsası 23 il bundan öncə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb. Təşkilat rəhbəri Həmrəylik Günü və qarşıdan gələn yeni – 2015-ci il münasibəti ilə bütün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqını təbrik edərək onlara sülh, əmin-amanlıq, birlik və firavanlıq arzulayıb. Arzu Oqtay çıxışında həmçinin Azərbaycan dövləti və dövlətçiliyi naminə birlik nümayiş etdirməyin vacib olduğunu vurğulayıb.
Tədbirdə Azər-Türk Gənclər təşkilatı, FAA Gənclər Təşkilatı, Finlandiyada təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB