“Azərbaycan ailəsi-2015”

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Azərbaycan ailəsi-2015" film festivalının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib.

Açılış mərasimində qeyd olunub ki, 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi" adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.

Onu da qeyd edək ki, 2014-cü ildən etibarən festival çərçivəsində "Həyatdan şəkilə" adlı foto müsabiqəsi də həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə