"Bakı gecələri-2014" estrada mahnı festivalının qala-konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
"Bakı Gecələri" estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
Festivalın qala–konsertində 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilən 25 mahnı səslənəcək.
Qeyd edək ki, festival dekabrın 24-də Heydər Əliyev Sarayında baş tutacaq. Festival iki ildən bir keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB