Bakı şəhəri ən yaxşı turizm məkanlarından biridir

Bakı şəhəri ən yaxşı turizm məkanlarından biridir

Amerikanın dünyaca məşhur səyahət saytı olan "Tripadvisor"-un apardığı tədqiqatlara görə Azərbaycanın paytaxtı Bakı şəhəri 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib. Bakı Asiya regionunda "Yüksələn turizm məkanları" kateqoriyasında 6-cı yer tutub.

(http://www.tripadvisor.com/TravelersChoice-DestinationsontheRise-cTop10-g2).

Araşdırma səyahət etdikləri bu və ya digər ölkə və ya şəhər barədə öz təəssüratlarını bölüşmüş milyonlarla turistin rəylərinin təhlili əsasında aparılmışdır. Yuxarıda qeyd edilən "Yüksələn turizm məkanları" kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.

Beləliklə, dövlətin ölkəmizdə turizmin inkişafı üçün göstərdiyi xidmətlər beynəlxalq səviyyədə də etiraf edilir ki, bunun da ən yaxşı nümunəsi məhz, məşhur amerikan saytının verdiyi yüksək qiymətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə