Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə "Xətai Sənət Mərkəzi"ndə 24 dekabr, saat 16:00-da gənc rəssamların əsərlərindən ibarət "Yeni similar" adlı sərgi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin "Gənc rəssamlarla iş Konsepsiyası"na əsasən təşkil olunur. "Gənc rəssamlarla iş Konsepsiyası"nın məqsədi Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələrin gələcək nəsillərə ötürülməsi, nəsillərin bədii təcrübəsi əsasında əldə olunmuş nailiyyətlərin davamlı surətdə və yaradıcılıqla inkişaf etdirilməsi, müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst yaradıcılıq fəaliyyətinə yeni başlayan rəssamların, sənətşünasların, ekspertlərin, tətbiqi sənət ustalarının sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, onların beynəlxalq aləmə inteqrasiyası, istedadlı gənclərin aşkarlanması və cəmiyyətə təqdim olunmasından ibarətdir.
"Yeni Similar" adlı sərgi gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədi ilə keçirilir.
Sərgidə Nərmin Abdullayeva, Novruz Məmmədov, Tahirə Allahverdiyeva, Raul Hüseynov, Cəlal Ağayev, Bəhruz Kəngərli, Vəfadar Baharov, Xanlar Əsədullayev, Nurlan Məmmədov, Kənan Əliyev, Əhəd Məmmədov, Vüqar İmamquliyev, Mətin Şərifov və digər gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.
Qeyd edək ki, sərgi cari il dekabr ayının 26-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB