Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Olur olur!" komediya filminin mətbuat üçün nümayişi keçirilib. Rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəmanın obrazını canlandıran aktyor Alper Kul tədbirin qonağı olub.
Jurnalistlərin suallarını cavablandıran aktyor Bakıya ilk dəfə gəldiyini, şəhərimizin və insanların ona xoş təsir bağışladığını deyib. Bu tədbiri təşkil edən Nizami Kino Mərkəzinə təşəkkürü bildirib.
Sonra film nümayiş olunub.
Sakit həyat tərzi keçirən baş qəhrəman Alinin həyatı günlərin birində alt-üst olur. Buna səbəb illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi aptekə gəlməsidir. O yenidən Azranın diqqətini cəlb etməyə çalışsa da, ümidi boşa çıxır. Çarəsizlikdən bu məsələdə başqalarından kömək ummağa vadar olan Alinin başına çox gülməli əhvalatlar gəlir.
Filmdə Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer ve Ali Kobanbay kimi tanınmış aktyorlar çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB