Azərbaycan haqqında Ukrayna dilində kitabların təqdimatı olacaq

Azərbaycan haqqında Ukrayna dilində kitabların təqdimatı olacaq

Ukrayna dilinə tərcümə olunaraq nəşr edilmiş kitabların təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, kitablar Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görüb. Onların sırasına M.C.Paşayevin "Yolumuz hayanadır?" V.Andriyanov və H.Mirələmovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti", Aida İmanquliyevanın "Seçilmiş məqalələri", C.Qasımlı, O.Kupçik və Ə.Dəmirovun "Ukrayna – Azərbaycan siyasi münasibətləri və müasirlik", Ramiz Mehdiyevin "Gorus-2010; absurd teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix", O.Kupçik və Y.Mahmudovun "Heydər Əliyev ideyalarının müzəffər yürüşü", R.İvanovun "Kəlbəli xan Naxçıvanski", İ.Həbibbəylinin "XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı", M.F.Axundzadənin "Seçilmiş əsərləri" və digər kitablar daxildir.

Nəzərinizə çatdıraq ki, ilk təqdimatı V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında keçirilmiş bu kitablar özündə Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı, ölkəmiz və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri əks etdirir.

Qeyd edək ki, tədbir dekabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə