"Olur olur!” komediya filminin mətbuat üçün nümayişi keçirilib FOTOLAR
Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Olur Olur" komediya filminin mətbuat üçün bağlı nümayişi keçirilib. SİA- nın verdiyi məlumata görə, rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olub.
Filmdən əvvəl aktyor Alper Kul aftoqraf sessiya keçirib və nümayişdən sonra mətbuatın suallarını cavablandırıb.
Sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt-üst olur. Buna səbəb, illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi aptekə gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalaışsada ümidi boşa çıxır və çarəsizlikdən, internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir. Bundan sonra başına gəldikləri sizi çox güldürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB