3 kitabın təqdimatı olub

Aybkitab.az layihəsi çərçivəsində 3 kitabın təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, təqdimatda Rəşad Məcidin "Çiyələk qadın", Səidə Haqverdiyevanın "İsanın yatağındakı ilahə", Sahilənin "Çevriliş" adlı kitabların imza günü keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid imza gününün keçirilməsinin kitab təbliğinin, mütaliə vərdişinin genişləndirilməsi məqsədi daşıdığını bildirib.

Daha sonra Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza "aybkitab" layihəsinin bir müddətdir ki, start götürdüyünü söyləyib. Bildirib ki, sözügedən layihə uğurla davam etdirilir.

Daha sonra Sahilə İbrahimovan "Çevriliş" adlı kitabın onun üçüncü kitabı olduğu bildirib: "Adından da göründüyü kimi çevrilib özünü kəşf etməkdən və çevrilib getməkdən ibarətdir".

Qeyd edək ki, sonda Rəşad Məcid və Sahilə İbrahimova kitabsevərlərin suallarını cavablandırıblar. Daha sonra müəlliflər kitablarını imzalayaraq oxuculara təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə