“Fəvvarələrin qış nağılı”

Rusiya Dövlət Sirki Bakıya qastrol səfərinə gələcək. SİA-nın verdiyi məlumata görə, şou "Fəvvarələrin qış nağılı" adlanır. Bakı Dövlət Sirkinin səhnəsində xüsusi avadanlıq quraşdırılıb. Proqrama lazer, sirk şousu ilə yanaşı, əhilləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və digər nömrələr də daxildir. Nümayişlərdə ilk dəfə azərbaycanlı tamaşaçılara təqdim olunacaq nömrələr də yer alıb. Yanvarın ortasınadək davam edəcək proqram müddətində gün ərzində bir neçə seans təqdim olunacaq.

Qeyd edək ki, şou dekabrın 26-dan başlanacaq. Biletlərin qiyməti isə 8-15 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə