“Nadir şah” tamaşasının premyerası olacaq

“Nadir şah” tamaşasının premyerası olacaq

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilmiş "Nadir şah" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.

Tamaşada baş rolu xalq artisti Ramiz Novruz və əməkdar artist Məmmədsəfa Qasımov ifa edəcəklər. Hazırda tamaşanın məşqləri gedir.

Qeyd edək ki, tamaşa dekabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə