Bu gün Gülşən Qurbanovanın doğum günüdür FOTOLAR

Bu gün Gülşən Qurbanovanın doğum günüdür FOTOLAR

Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. SİA-nın verdiyi məlumata görə, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub.

Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış edib.

Qeyd edək ki, xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə