Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş "Rast. Niyazi" sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, filmdə SSRİ xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov, xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimləri çəkiliblər.
Tədbiri Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli açaraq bu layihənin əhəmiyyətindən danışıb.
Sonra Niyazinin əsərlərindən ibarət konsert olub, "Rast. Niyazi" sənədli filmi göstərilib.
Filmin bədii rəhbəri Azərbaycanın xalq artisti, kinorejissor Eldar Quliyevdir. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Əməkdar İncəsənət Xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.
Qeyd edək ki, filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB