Məşhur rejissorun vəziyyəti yenidən ağırlaşıb

Məşhur rejissorun vəziyyəti yenidən ağırlaşıb

Görkəmli rus rejissoru, SSRİ xalq artisti Eldar Ryazanovun vəziyyəti yenidən pisləşib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, Eldar Ryazanov müalicə aldığı Burdenko adına xəstəxananın reanimasiya şöbəsindədir. 87 yaşlı rejissorun sağlıq durumu ağır olaraq qalır. Artıq onun yanına doğmalarından heç kimi, hətta həyat yoldaşını da buraxmırlar. Həkimlər bunun səbəbini rejissorun vəziyyətinin ağırlaşması ilə izah edirlər.

Qeyd edək ki, 87 yaşlı rejissor noyabrın 24-dən xəstəxanada müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə