Azərbaycanın nüfuzlu “CNN” telekanalı ilə əməkdaşlığında uğurlu məqamlar

Azərbaycanın nüfuzlu “CNN” telekanalı ilə əməkdaşlığında uğurlu məqamlar

Nüfuzlu "CNN" telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlamış və 2012-ci ildən etibarən bu televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyət uğurla davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və CNN televiziya kanalı arasında əməkdaşlıq çərçivəsində həmin kanalda ölkəmizə həsr olunmuş müvafiq video çarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində ölkəmizə həsr olunmuş iki video çarxın hazırlanmış və həmin çarxlar nümayiş etdirilib. "CNN"-in məşhur "Eye on" verilişinin Azərbaycana həsr olunması, habelə atoz.az saytının yaradılması təmin edilib.

Bununla yanaşı məşhur kanalın ölkəmizlə bağlı verilişlərin yayımlanması çərçivəsində qeyd etmək yerinə düşər ki, Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forum zamanı CNN televiziya kanalının məşhur müxbiri Richard Quest ölkəmizin iqtisadi inkişafı mövzusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibə götürüb.

Bu il "NN"telekanalı ilə əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ölkəmizin turizm imkanlarına həsr olunan 1 dəqiqəlik və 45 saniyəlik video çarxların nümayiş etdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyaya tanıdılmasında mühüm rol oynayır.

Bir vacib məqamı qeyd etmək lazımdır ki, "CNN" telekanalını Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrindən gün ərzində 182 milyon tamaşaçı izləyir və Azərbaycana dair yayımlanan həm verilişlər həm də reklam çarxları milyonlarla auditoriya tərəfindən izlənilir.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın yüksək imicinin təbliğatının aparılması, ölkəmizdə həyata keçiriləcək beynəlxalq tədbirlərin işıqlandırılması və turizm imkanlarının tanıdılması baxımından növbəti 2015-ci ildə də əməkdaşlığımızın davam etdirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə