Özbəkistan mətbuatında Azərbaycan-Özbək ədəbi əlaqələri haqqında material dərc olunub
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın "http://uchildiz.uz" saytında "Aдабий ришталар" (Ədəbi əlaqələr) adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalənin müəllifi Özbək jurnalist Tulkin Eşbekdir.
Məqalədə Azərbaycan xalqı, dövlətçilik tarixinə nəzər salınır, ən qədim dövrdən müasir dövrə qədər Azərbaycan tarixinə qısa şərh verilir. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Nizami Gəncəvi, Bəhmənyar, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai haqqında məlumat verən məqalə müəllifi Qafqaz Albaniyasında (indiki Azərbaycanda) mədəniyyətin yüksək inkişaf etdiyini qeyd edir. Məhz Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin də orta əsrləri əhatə etdiyini, Özbək şairi Əlişir Nəvainin Azərbaycan şairi Nizami Gəncəvini, Məhəmməd Füzulini öz ustadları hesab etdiyini və bu Nəvainin əsərlərində bu amilin öz əksini tapdığı qeyd olunur. Məqalədə dahi söz ustadı, Azərbaycanın ədəbiyyatının klassiki Nizami Gəncəvi haqqında geniş məlumat verilir, Nizaminin əsərlərinin Özbək ədəviyyatına dair kitablarda 20 mindən artıq divanının nəşr edildiyi bildirilir.
Məqalə Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbək mətbuatında 2014-cü il üçün "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycan ədəbiyyatı" nominasiyası üzrə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB