“Axınla aşağı” bədii filminin təqdimatı olacaq

“Axınla aşağı” bədii filminin təqdimatı olacaq

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Axınla aşağı" bədii filminin təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, idmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Namiq Ağayev, Mehriban Zəki və digər aktyorların rol aldığı "Axınla aşağı" filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib.

Qeyd edək ki, təqdimat mərasimindən əvvəl mətbuat konfransı, daha sonra Nizami Kino Mərkəzində film nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə