Rəssamlıq Akademiyasında yaradıcılıq günü keçiriləcək

Rəssamlıq Akademiyasında yaradıcılıq günü keçiriləcək

Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Yeni il ərəfəsində yaradıcılıq günü keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində tələbələrin "Düşüncə" adlı müxtəlif üslublu əsərlərindən ibarət sərgisi açılacaq. Sərginin məqsədi ictimaiyyəti dekorativ tətbiqi sənətlə bağlı əsərlərlə tanış etməkdir.

Həmin gün akademiyada "Baxış" adlı festivalın açılışı da olacaq. Festivalda Zaur Tağıyev, Səkinə Zeynalova, Nadir Cəfərov və başqa gənc rəssamların rəngkarlıq və qrafika növündə əsərləri nümayiş etdiriləcək. Bu sərginin fonunda rəssam və bəstəkar Azər Səfərovun müəllifi olduğu əsərlər səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə