Qrant müsabiqəsinin qalibləri müəyyən olunub

Qrant müsabiqəsinin qalibləri müəyyən olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu mədəniyyət və turizm sahələri üzrə layihələrin həyata keçirilməsi məqsədilə növbəti qrant müsabiqəsinin qaliblərini elan edib. SİA-nın verdiyi məlumata görə, sayca 6-cı olan müsabiqə çərçivəsində mədəniyyət və turizm sahələri üzrə cəmi 64 layihənin maliyyələşdirilməsi məqsədilə müvafiq qrant mükafatları müəyyən edilib. Xatırladırıq ki, sözügedən layihələrdən 58-i mədəniyyət, 8-i isə turizm sahəsi üzrə qalib gəlib. Mədəniyyət sahəsi üzrə layihələrə ayrılmış ümumi məbləğ 206 500 manat, turizm sahəsi üzrə layihələrə ayrılmış ümumi məbləğ isə 39 600 manat təşkil edib. Müqayisə üçün qeyd edirik ki, bir layihə üçün ayrılmış ortalama məbləğ mədəniyyət sahəsi üzrə 3 560 manat, turizm sahəsi üzrə isə 4 950 manat olub.

Nəzərinizə çatdıraq ki, qalib olmuş layihələr müxtəlif mövzulu festivallar, müsabiqələr, sərgilər, seminar-treninqlərin təşkili, maarifləndirmə, musiqimiz, mədəniyyətimiz və bir sıra digər sahələri işıqlandıracaq. Belə ki, mədəniyyət sahəsi üzrə qalib olmuş layihələrin əksəriyyəti film, teatr, musiqi, rəsm və sərgilər, gənc istedadların maarifləndirilməsi və incəsənət, turizm sahəsi üzrə qalib olmuş layihələrin əksəriyyəti isə Bakıda keçiriləcək I Avropa Oyunları kimi mövzuları əhatə edib.

Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şurasının tərkibində Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə