Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə 2014-cü ilin fevral-noyabr aylarında "525-ci qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edib. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib.
Qeyd edək ki, dekabrın 18-i, saat 14.45-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müsabiqənin yekunu, qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Maraqlananlar dəvət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB