Azərbaycan Xalça Muzeyinin sərgi salonunda rəssam Şəhribanu Əbdüləzizin "Rəngli duyğular" adlı fərdi sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, sərgidə muzeyin direktoru Röya Tağıyeva, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Muzeyin direktoru Röya Tağıyeva sərgidə nümayiş olunan əsərlərdə qədim adət-ənənələrimizin yeni forma və məzmunda təqdim olunduğunu söyləyib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov əsərlərə baxarkən Ş.Əbdüləzizin rəsmə məhəbbətini gördüyünü söyləyib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Nəzərinizə çatdıraq ki, müəllifin 19 əsərinin sərgiləndiyi sərgidə - "Qoğal", "Xarı bülbül", "Həyat ağacı", "Qobustan gəmiləri", "Bakı buxtası" və digər rəsmləri maraqla qarşılanıb. Əsərlər əsasən əlvan, isti rənglərlə işlənib.
Rəssam Azərbaycan xalçalarında tez-tez rast gəlinən Əjdaha, Günəş, mavi səma, su və s. bu kimi qədim, ənənəvi simvolları özünəməxsus formada işləyərək onlara yeni həyat və nəfəs verərək, kətan üzərində yağlı boya ilə işləyib.
Qeyd edək ki, sərgi dekabrın 26-dək davam edəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB