Növbəti 1/8 mərhələsinin oyunu zamanı zəkalar "Aleksandr Düma" mövzusunda olan biliklərini nümayiş etdiriblər. SİA-nın verdiyi məlumata görə, müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Müəllimlər Dillər Universitetinin tələbəsi Mahmud Rəhimli, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Ülkər Mehdiyeva, yaşıl yolda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nurlan Abdurahmanov mübarizə aparıb. Növbəti ¼ finalda oynayacaq oyunçu bəlli oldu. Bu Azərbaycan Dillər Universitetinin tələbəsi Ülkər Mehdiyevadır. Oyun barədə layihənin rəhbəri Aydın Piriyev fikirlərini bölüşüb. "Hər 3 iştirakçı oyunun favoritlərindən hesab olunur. Ona görə də çox gərgin mübarizənin şahidi olduq. Ülkər qalib gəlsə də, Nurlan və Xəyala ümidlərini üzməməsini arzu edirəm."
Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB