Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda böyük insan, görkəmli ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmiş "Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik" mövzusunda elmi konfrans keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı keçiriləcək elmi konfransda tanınmış elm adamlarının, ədəbiyyatşünasların məruzələri dinlənəcək.
Konfransda "Akademik Məmməd Arif və Azərbaycan ədəbiyyatı", "M.A.Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri", "M.A.Dadaşzadə və dünya ədəbiyyatı" və s. mövzularda məruzələr oxunacaq.
Qeyd edək ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, alimin məzarını ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB