"City Sightseeing Baku" Şirkətinin reklam çarxının təqdimat mərasimi keçirilib
Bu gün "28 Cinema" kinoteatrında ikimərtəbəli üstüaçıq avtobuslarla şəhər turu təşkil edən və dünya brendi sayılan "City Sightseeing Worldwide" Şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "City Sightseeing Baku" Şirkətinin reklam çarxının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, sözügedən reklam çarxı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "City Sightseeing Moscow" Şirkətinin təşkilati dəstəyi ilə "Ratio tv" kinostudiyası tərəfindən hazırlanıb.
Tədbirdə "City Sightseeing Baku" Şirkətinin baş direktoru Əfsun Əhmədov çıxış edərək 15 dayanacaqlı turla fəaliyyət göstərən avtobusun hər gün yerli sakinləri və xarici turistləri şəhərin maraqlı məkanları ilə tanış etdiyini vurğulayıb. Bildirib ki, 8 dildə xidmət göstərəcək tur Azadlıq meydanından başlayır.
Qeyd edək ki, təqdimat mərasiminin keçirilməsi üçün bütün təşkilati məsələlər "28 Cinema" kinoteatrı tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB