Binəqədi Mərkəzi Mədəniyyət Evi istifadəyə verilib FOTOLAR

Binəqədi Mərkəzi Mədəniyyət Evi istifadəyə verilib FOTOLAR

Bu gün Binəqədi rayonu ərazisindəki Binəqədi Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılışı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və başqaları çıxış edərək ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları çərçivəsində son illər Bakı şəhərinin və ətraf qəsəbələrin sosial iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb və çoxsaylı layihələr reallaşdırılıb.

Diqqətə çatdırılıb ki, 1901-ci ildə inşa edilmiş bu bina dəfələrlə cari təmir olunsa da indiyədək əsaslı təmir edilməmişdir. Müasir üslubda təmir olunan mədəniyyət evi yeni avadanlıqla təmin edilib. Mərkəzdə istedadlı uşaqların üzə çıxarılması üçün 10—dan çox kurs fəaliyyət göstərir.

Sonda tədbir iştirakçıları mədəniyyət evi ilə yaxından tanış olublar.

Qeyd edək ki, mərkəzin nəzdində fəaliyyət göstərən "Pöhrə" rəqs qrupunun, "Qönçə" instrumental ansamblının ifasında təqdim olunan musiqi proqramı isə böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə