Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsinin I kurs tələbəsi Natəvan Dinikayeva "Renaissance Festivals" Yaradıcılıq Mərkəzinin təşkil etdiyi "Christmas Lights" ("Milad işıqları") XIV beynəlxalq festivalın müsabiqəsində "İnstrumental musiqi" nominasiyası üzrə qalib olub. SİA-nın verdiyi məlumata görə, Macarıstan, Ukrayna, İsrail, Çin, Belarus, Rusiya və başqa ölkələrin təmsil olunduqları müsabiqə Macarıstanın Balatonfüred şəhərində baş tutub.
İştirakçının çıxışı münsiflər heyəti tərəfindən ifaçılıq texnikası, repertuar seçimi və artistizm meyarları üzrə dəyərləndirilib.
Natəvan Dinikayeva ADMİU-nun musiqi sənəti fakültəsinin instrumental ifaçılıq və dirijorluq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Səbinə Mehdiyevanın sinfində təhsil alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB