"City Sightseeing Baku"nun reklam çarxı təqdim olunacaq

"City Sightseeing Baku"nun  reklam çarxı təqdim olunacaq

"28 Cinema" kinoteatrında ikimərtəbəli üstüaçıq avtobuslarla şəhər turu təşkil edən və dünya brendi sayılan "City Sightseeing Worldwide" Şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "City Sightseeing Baku" Şirkətinin reklam çarxının təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sözügedən reklam çarxı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "City Sightseeing Moscow" Şirkətinin təşkilati dəstəyi ilə "Ratio tv" kinostudiyası tərəfindən hazırlanıb.

Təqdimat mərasiminin keçirilməsi üçün bütün təşkilati məsələlər "28 Cinema" kinoteatrı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, təqdimat mərasimi 16 dekabr, saat 15:00-da "28 Cinema" kinoteatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə