Ağsu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyi təntənəli surətdə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, rayon mədəniyyət şöbəsinin və mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları olan ziyalılar, fəal oxucular, Nəbi Xəzri yaradıcılığının pərəstişkarları, şeir həvəskarları əvvəlcə kitabxananın oxu zalında şairin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirində Nəbi Xəzrinin həyat və yaradıcılığı barədə ətraflı danışılıb, onun bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirərək imkanlarını genişləndirməsindən bəhs olunub. Vurğulanıb ki, humanitar dəyərləri poetik-fəlsəfi mənalandırma gücünə malik olan Nəbi Xəzrinin yaradıcılığı dərin lirizmi, vətəndaşlıq qayəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm gücə malikdir. Təsadüfi deyildir ki, şairin əsərləri dünən olduğu kimi, bu gündə sevilə-sevilə oxunur.
Tədbirdə, həmçinin ölkəmizdə ədəbiyyata, yaradıcı insanlara göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 26 iyun tarixli Sərəncamının bu qayğının təzahürü olduğu vurğulanıb.
Qeyd edək ki, tədbirdə Nəbi Xəzri yaradıcılığının pərəstişkarları tərəfindən şairin şeirlərindən nümunələr söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB