“Rast. Niyazi” sənədli filminin təqdimatı keçiriləcək

“Rast. Niyazi” sənədli filminin təqdimatı keçiriləcək

Görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və beynəlxalq mükafatlar laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş "Rast. Niyazi" sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş bu filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Filmin çəkilişində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin fond materiallarından geniş istifadə olunub.

"Rast. Niyazi" filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri Eldar Quliyevdir.

Qeyd edək ki, tədbir dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə