“Fələklər yandı ahımdan...”

Səttar Bəhlulzadənin ev-muzeyində Məhbubə Hacıyevanın "Fələklər yandı ahımdan..." romanının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadəyə həsr edilmiş kitabın təqdimat mərasimində sənət adamları, sənətşünaslar, jurnalistlər iştirak ediblər.

Ev-muzeyinin direktoru İradə Abdinova bildirib ki, bu təqdimat mərasimi rəssamın 105 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamıdır. O, yeni kitabı S.Bəhlulzadə şəxsiyyətinə, sənətkarlığına olan hörmət və marağın nəticəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən digər natiqlər S.Bəhlulzadə haqqında xatirələrini və romanla bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, sonra qonaqlar ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə