"Ulduz" jurnalının yeni nömrəsi çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, nəşrin bu nömrəsi türk xalqları ədəbiyyatından seçmələrə həsr edilib. Jurnal Cavanşir Yusiflinin "Orijinal axtarışında" ekspert yazısı ilə açılır. Məqalədə C. Yusiflinin jurnal barədə təklifləri, iradları, tənqidi qeydləri yer alıb.
Bu nömrədə Türkiyə, Qırğızıstandan, Qazaxıstandan, İraq Ukrayna və digər ölkələrdə yaşayan türkdilli yazıçıların əsərləri işıq üzü görüb.
Qeyd edək ki, "Ulduz"un bu nömrəsində oxuculara xalq yazıçısı Anarın "Zəfərin mübarək, Nazim!" kitabı da hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB