“Yelləncəkdə iki nəfər”

Dekabrın 23-24-də Bakıda ilk dəfə - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Uilyam Qibsonun pyesi əsasında hazırlanmış "Yelləncəkdə iki nəfər" tamaşası göstəriləcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın rejissoru Aleksey Kiryuşenko, prodüseri Albert Moqinovdur. Rolları Tatyana Arntqolts, Qriqori Antipenko oynayırlar.

Məşhur dramaturq və yazıçı Uilyam Qibsonun 1958-ci ildə yazdığı bu pyesdə hadisələr Nyu-Yorkda baş verir. Təsadüfən rastlaşan rəqqasə Gitel Moskanı və vəkil Cerri Ryanı əvvəlcə yalqızlıq birləşdirir. Lakin bu görüş onların bütün həyatını dəyişir.

Onlar bir-birlərinə yaşamaq üçün kömək etdilər. Onların sevgiyə nə qədər yaxın olduqlarını isə tamaşaçı biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə