Anarın “Göz muncuğu”

Xalq yazıçısı Anarın "Göz muncuğu" kitabının təqdimat mərasimi keçiriləcək. AYB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kitab "aybKİTAB" layihəsi çərçivəsində nəşr olunub.

Tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, tədbir dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə