Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində estrada-simfonik orkestrı yaradılıb. SİA-nın verdiyi məlumata görə, estrada-simfonik orkestrının təqdimat konserti keçiriləcək.
Orkestr və solistlərin ifasında gözəl əsərlər, məşhurlaşan və sevilən mahnılar səslənəcək. Orkestrın bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar əməkdar artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir.
Bu konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.
Qeyd edək ki, konsert dekabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB