Murat Bozun “Hadi İnşallah”ı...

Dekabrın 22-də Nizami Kino Mərkəzində "Hadi İnşallah" filminin qala–gecəsi keçiriləcək. Kino Mərkəzindən bildirilib ki, rejissor Ali Taner Baltacının bu romantik komediyası Pucca adlı qızın həyatından bəhs edir.

Ankarada dörd il bir yerdə olduğu sevgilisindən ayrılan Pucca İzmirə ailəsinin yanına qayıdır. Həsrətlə telefon zənglərini gözləyən gənc qadın özünə və evə qapanır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburən yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı "Pekmez" ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur...

Qala–gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmin nümayişindən sonra mətbuat konfransı keçiriləcək.

Qala–gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "facebook" səhifəsindən öyrənmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə