“Ənənələrin təkamülü"

Müasir İncəsənət Mərkəzində "Ənənələrin təkamülü" sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, "Təkamül" gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan eyniadlı layihənin yekunu kimi təqdim olunacaq.

Layihədə rəssamlar, şairlər, yazıçılar dekorativ-tətbiqi sənətlə (keramika, bədii parça, xalça, metal işləmə, zərgərlik sənəti, qobelen və s.), müasir incəsənət növləri (video-art, performans, foto sənəti, instalyasiya və s.) ilə məşğul olan yaradıcı gənclər iştirak ediblər.

Layihənin əsas məqsədi müasir incəsənət strategiyası kontekstində qeyri-maddi, tarixi-mədəni irsin qorunub saxlanması və aktuallaşdırılması, eləcə də milli ənənələr rakursunda müxtəlif mədəni cərəyanların inteqrasiyası, gənclər arasında milli ənənələrin təbliği, mədəni qarşılıqlı əlaqələrin yaradılmasıdır.

Qeyd edək ki, sərgi dekabrın 16-da Müasir İncəsənət Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə