Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə 2014-cü ilin "Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsinin qalibləri mükafatlandırılacaq. SİA-nın verdiyi məlumata görə, müsabiqənin keçirilməsi ənənəvi xarakter daşıyır və müsabiqədə qaliblər 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib.
Nəzərinizə çatdıraq ki, müsabiqə qaliblərinə fəxri fərman, diplom və xatirə hədiyyələri təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB