Kitab Klubunun illik fəaliyyəti müzakirə olunub. SİA-nın verdiyi məlumata görə, Kitab Klubunun direktoru Elxan Rzayev rəhbərlik etdiyi qurumun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söz açıb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında həyata keçirilən 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" layihəsi çərçivəsində görülmüş işlərdən danışıb. Bildirilib ki, dünya ədəbiyyatının ən seçmə əsərləri artıq çap olunmuş və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, sonda E.Rzayev Kitab Klubu ilə əməkdaşlıq edən jurnalistlərə fəxri diplom və xatirə hədiyyələri təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB